Bu gün Avropa Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, komandaların yarışdığı son gündə Azərbaycanın həm qadınlar, həm kişilərdən ibarət komandaları bacarığını göstərib.
Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayıb. Kişilər bu mərhələdə Rusiya ilə qarşılaşıb və 45:26 hesabı ilə uduzub. 5-ci yer uğrunda görüşdə təmsilçilərimiz Macarıstana 37:45 hesabı ilə məğlub olub və turniri 6-cı pillədə başa vurub.
Qadın yığmamız 1/4 finalda Ukrayna ilə görüşüb. Qılıncoynatmada medal qazanan hər iki təmsilçimiz Sevil və Sevinc Bünyatova bacılarının və Səbina Mikinanın yer aldığı yığmamız Ukraynaya 24:45 hesabı ilə uduzub.
Növbəti matçda qadınlar Polşa üzərində qələbə qazanaraq yarışı 5-ci yerdə bitirib.