"Bakı-2015"-in daha bir idmançısında dopinq tapıldı - VİDEO

15:55 27 İyun 2015

Avropa Olimpiya Komitəsinin verdiyi bəyanata görə, Azərbaycan komandasında çıxış edən Çaltu Beji Bakı 2015 Avropa Oyunlarında iştirak etmək hüququ qazanmaq üçün idmançıların əməl etməli oluduğu AOK-nin anti-doppinqlə bağlı qaydalarını pozub.

ANS PRESS-in Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə (BAOƏK) istinadla verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin bəyanatında qeyd edilib. Bildirilir ki, göstərilən qaydalara əsasən, istənilən idmançı, haqqında yaranmış şübhəli vəziyyətə görə Avropa Oyunlarından kənarlaşdırılmalıdır.

Azərbaycanı maneələri dəf etməklə 3000m məsafəyə qaçış üzrə təmsil edən Bejidən, Bakı 2015 Avropa Oyunlarında iştirak etməsilə bağlı iyunun 21-də verdiyi sidik analizi götürülür, bu proses, AOK-nin yarışlar öncəsi həyata keçirdiyi proqramın bir hissəsidir. Sidik nümunəsi Anti-Doppinq üzrə Dünya Təşkilatının Rusiyada, Moskva şəhərində yerləşən laboratoriyasına göndərilir. 

Nümunədə, Anti-Doppinq üzrə Dünya Təşkilatının 2015-ci ildə qəbul etdiyi Qadağan olunmuş Üsullarla hazırlanmış Maddələr siyahısında 1-ci sırada göstərilmiş (anabolik preparatlar) dərmanların tərkibində olan osterin maddəsi aşkar edilir, tərkibində bu maddənin olduğu preparatları qəbul edən idmançı Anti-Doppinq üzrə Dünya Təşkilatının qaydalarına əsasən, Bakı 2015 Avropa Oyunlarında iştirak etmə hüququndan məhrum edilir. Beji iddia irəli sürərək ikinci sidik nümunəsinin götürülməsini tələb edib. Moskva laboratoriyasında analiz edilən ikinci nümunədən də osterin maddəsi aşkar olunur. 

Beləliklə də, Beji anti-doppinq qaydalarını pozmaqda günahlandırılır və AOK-nin qanunvericilik, müvafiqlik, nizam-intizam və doppinqlə bağlı qaydalarına əsasən verdiyi qərarla, xanım idmançının Avropa Oyunlarında iştirakı qadağan olunur və maneələri dəf etməklə 3000m məsafəyə qaçış üzrə 21 iyunda baş tutan yarışdan kənarlaşdırılır. İdmançının oyundan kənarlaşdırılması komanda atletikasının nəticəsinə heç bir təsir göstərməyəcək. Anti-doppinqlə bağlı prosedurlar növbəti oyunlarda müvafiq beynəlxalq təşkilatlar tərəfindən aparılacaq.

Bakı 2015 Avropa Oyunlarının Anti-Doppinq üzrə proqramı Avropa Oyunlarında iştirak edən bütün idmançıların yoxlamadan keçirildiyi əhatəli, düzgün və çətin prosedurlardan ibarət bir proqramdır. Bütün idmançılar Anti-Doppinq üzrə Dünya Təşkilatının qadağan etdiyi maddələrə görə testdən keçirilir və hər hansı maddə aşkarlandığı vaxt, AOK-nin Anti-Doppinq üzrə qəbul etdiyi qaydalar çərçivəsində idmançının Bakı 2015 Avropa Oyunlarındakı iştirakı dayandırılır.

O əslən Efiyopiyadandır. 1996-cı ildə anadan olub. 

 

 


Digər xəbərlər

Xəbər xətti