Aktrisa Demet Akbağ sevgilisi Aslıhan Doğanla evlənməyə hazırlaşan futbolçu Arda Turanla bağlı gözlənilməz faktı açıqlayıb.
Sportarena.az xəbər verir ki, aktrisa futbolçunun anası Yüksəl xanımın bu qərarı hələ dəstəkləmədiyini deyib. Demetin sözlərinə görə, Ardanın anası oğlu ilə Aslıhanın bir müddət gözləməli olduqları qənaətindədir:
“Bir toyda Ardanın anası ilə eyni masada oturmuşduq. Yüksəl xanım oğlu ilə Aslıhanın münasibətləri haqda “Hələ vaxta ehtiyac var. Bir-birlərini yaxşı tanımırlar” dedi”.