"Rəqibim tanınmış idmançı idi və görüş çətin keçdi. Bununal belə qalib gəlib qızıl medala sahib oldum. Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır”.
Bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 69 kq çəki dərəcəsində qızıl medal qazanan boksçumuz Pərviz Bağırov jurnalistlərə deyib.
O, qələbəsini anasına həsr etdiyini bildirib:
“Qәlәbәni anama hәsr edirәm. Belә böyük yarışın qalibi olmağım da mәsuliyyәtimi artırır”.