2015-2016 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun komandası Bakı “İnter”i ilə qarşılaşıb.
Bu, komandalar arasında ardıcıl 2-ci yoxlama matçı olub. İyunun 24-də baş tutan görüşdə “Qəbələ” Aleksey Antonovun qolu ilə qalib gəlmişdi – 1:0.
Qəbələ şəhər stadionunda keçirilən ikinci görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1:1 bərabərliklə ayrılıb. "İnter"dən 8-ci dəqiqədə Raul Əliyev, "Qəbələ"dən isə 70-ci dəqiqədə Cavid Hüseynov fərqlənib.
Xatırladaq ki, 4-cü yoxlama oyununu keçirəcək “qırmızı-qaralar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0 hesabı ilə məğlub edib.