Millinin məşqçisi “Dinamo” – “Qəbələ” oyununu izləyəcək

11:00 29 İyun 2015

Millinin məşqçisi Elxan Abdullayev  Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, Gürcüstana gedəcək.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, sözügedən ölkədə Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis) – “Qəbələ” oyununu izləyəcək.
 
Qeyd edək ki, "Dinamo" - "Qəbələ" matçı iyulun 2-i keçiriləcək.


Xəbər xətti