Bu gün AAAF Parkda fiziki məhdudiyyətli insanların konserti keçiriləcək

15:00 29 İyun 2015

“AAAF Park” Yaşayış Kompleksində “İstedadlı Əlillər” İctimai Birliyinin təşkilatçılığı ilə  əlilliyi  olan  istedadlı  insanların  əl  işlərinin   sərgisi və musiqi istedadı olan fiziki məhdud  insanların konserti  təşkil  ediləcəkdir.  Bu gün-29 iyun saat 18:00-da başlayacaq konsertdə vətənpərvərlik abu-havası olan musiqilər səsləndiriləcək.  Fiziki məhdudiyyətli insanlara daim qayğısı ilə seçilən Millət Vəkli Qənirə xanım Paşayevanın da tədbirdə iştirakı gözlənilir. Konsertlə yanaşı 29-30 iyun tarixlərində rəsm,  kərgüzarlıq, toxuma, taxta  üzərində  yonma  və  milli  simvollara  aid  əsərlərin  nümayişi  və  satışı  da nəzərdə  tutulub.

“İstedadlı  Əlillər”  İctimai Birliyi   satış-sərgilər, konsert proqramları və digər əhəmiyyətli tədbirlər təşkil  etməklə  əlilliyi  olan  istedadlı   insanların   bacarıqlarını  cəmiyyətə  nümayiş  etdirir,  müəllifləri  tanıdır, gələcək  fəaliyyətlərini  inkişaf  etdirmək  üçün  onlara  stimul  verici  şərait  yaradır. “AAAF Park” Yaşayış Kompleksi fiziki məhdudiyyətli insanların cəmiyyətə  inteqrasiyasını əsas tutaraq təşkil olunan tədbirlərə heç bir zaman öz dəstəyini  əsirgəmir.

Qeyd edək ki, əlilliyi  olan  istedadlı  insanların  əl  işlərinin   sərgisi və musiqi istedadı olan fiziki məhdud  insanların konsertinin təşkil  edilməsi  “Fiziki  məhdud  istedadlı  insanların  cəmiyyətə  inteqrasiyasına dəstək”  adlı  layihənin bir hissəsidir. “İstedadlı  Əlillər”  İctimai  Birliyi tərəfindən təşkil olunan bu təbdir Azərbaycan Respublikasının Prezidenti  Yanında  Qeyri Hökumət  Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə, “AAAF Park” Yaşayış Kompleksinin isə təşkilati dəstəyi  ilə  həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti