Yeni mövsümün hazırlığı üçün Türkiyəyə yola düşən “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, dünəndən etibarən komanda Nevçehir bölgəsində məskunlaşıb və axşam saatlarında yol yorğunluğu nəzərə alınaraq 45 dəqiqəlik yüngül məşqlə günü tamamlayıb. Bu gün isə Bakı vaxtı ilə saat 13.00 –da “Xəzər Lənkəran” səhər məşqini keçirərək fiziki çalışmaları yerinə yetirib. Axşam daha bir məşq keçirəcək komandanın toplanışında hazırda 17 futbolçu iştirak edir.
İndi isə sizlərə məşqdən olan fotoları təqdim edirik: (xl-fans.com)