Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq olan "İnter" Bakıdakı hazırlıqlarını başa vurub.
Sportarena.az xəbər verir ki, "bankirlər" bu gün axşam saatlarında Albaniyaya yola düşür. Komanda sabah və iyulun 1-i bir məşqlə kifayətlənəcək.
Qeyd edək ki, "Laçi" - "İnter" matçı iyulun 2-si saat 20:30-da start götürəcək.