UEFA-dan Azərbaycana qadağa

00:30 30 İyun 2015

Azərbaycan futzal üzrə UEFA Kubokunun 2015/16 mövsümündə təmsil olunmayacaq. 

Sportarena.az azerisport.az saytına istinadən xəbər verir ki, son ölkə çempionu "Xəzər adaları" bu turnirdə iştirakdan imtina etdiyi üçün Azərbaycan Futzal Federasiyası gümüş medalların sahibi "Fənər"ə müraciət etsə də, bu klub da yarışa qatılmağa razı olmayıb.

Nəticədə, üçüncü yerin sahibi "Araz"ın adı UEFA-ya göndərilib. Lakin qitə futbol qurumu bu komandanın iştirakına razılıq verməyib. Bu səbəbdən ölkəmiz növbəti mövsüm UEFA kubokunda iştirak edə bilməyəcək.
 
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumatı təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti