Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" klubu heyətinə daha iki yeni futbolçu qatıb.
Sportarena.az xəbər verir ki, Qərb təmsilçisi müdafiə və yarımmüdafiə xəttini gücləndirib.
Ötən mövsüm "Simurq"da çıxış edən Tural Axundovla AZAL-ın sabiq futbolçusu Şəhriyar Rəhimov yeni mövsümü "Kəpəz"də keçirəcək. Gəncə təmsilçisiylə razılığa gələn hər iki futbolçu artıq komandanın məşqlərinə qoşulub.
Qeyd edək ki, "Kəpəz" buna qədər Bəxtiyar Soltanov ("Qəbələ"), Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ", icarəyə), Ceyhun Cavadov (“Rəvan”), Tural Nərimanov (AZAL), Rəşad Əzizli ("Simurq") və Azad Kərimovu ("Bakı") heyətinə cəlb edib.