Xəbər verdiyimiz kimi "Gənc qapıçılar" klubunda məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Artıq klub istirahətə buraxılıb.
Xəyal Zeynalov mövsümü belə dəyərləndirib:
"Bu il "Gənc qapıçılar" üçün uğurlu keçdi. Mövsüm ərzində istirahətsiz işlərimizi apardıq. Yay mövsümündə isə bir az istirahət etməyi qərar verdik. İstirahətimiz uzun müddətli olmayacaq. Çünki artıq yeni istedadlı qapıçılar tapıb üzə çıxarmalıyıq. Onu da qeyd edim ki, "Kəpəz"in Premyer Liqaya yüksəlməsi bizim qapıçıların da yolunu açdı. 20-dən artıq qapıçımızın "Kəpəz"də çıxış edə bilər. Bizim buna gücümüz çatır. İnanıram ki, bizim görüdüyümüz iş Gəncə futbolu timsalında Azərbaycan futboluna xeyir verəcək". (sportal)