"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yolları ayırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Lənkəran təmsilçisi Elnur İsmayılovla başa çatan müqavilənin müddətini uzatmayıb.
Xatırladaq ki, "Xəzər Lənkəran" bundan əvvəl Alfred Sanko, Ruslan Cəfərov və Ağabala Ramazanovla yolları ayırmışdı.