"Xəzər-Lənkəran"ın Türkiyə toplanışı tam gücü ilə davam edir.
Sportarena.az xəbər verir ki, komanda gündəlik iki dəfə olmaqla məşqlərini öncədən təsdiq edilmiş hazırlıq planına uyğun keçirir. Toplanışın ilk mərhələsində bütün çalışmalar futbolçuların yalnız fiziki cəhətdən yüklənməsinə hesablanıb. Fiziki məşqçi Covanni Melkiorenin tapşırıqlarının yerinə yetirilməsindən ibarət olan məşq proseslərinə ümumilikdə baş məşqçi Yunis Hüseynov nəzarət edir.
Qeyd edək ki, tezliklə komandanın düşərgəsində yeni futbolçular yer alacaq."Xəzər-Lənkəran" isə artıq braziliyalı futbolçuların yolunu gözləyir (12ciouncu.info)