"Neftçi"nin rəqibində CİDDİ İTKİ

16:03 1 İyul 2015

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Neftçi"nin qonağı olacaq "Mladost" ciddi itki ilə üzləşib.

Sportarena.az xəbər verir ki,komandanın hücumçusu Marko Skepanoviç zədə səbəbindən sabah "Neftçi"yə qarşı oynaya bilməyəcək.

32 yaşlı futbolçu Bakıya gəlsə də, onun sabah meydana çıxmayacağı bildirilir.

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti