"Qarabağ"Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, dünən Avstriyanın "Horn" klubu ilə ilk yoxlama oyununa çıxan komanda bu gün istirahətdədir. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 13 günlük aradan sonra futbolçulara istirahət şansı yaradıb. Sabaha komandanın 2 məşqi nəzərdə tutulub.
Ötən yay avrokubok oyununda zədələnərək sıradan çıxan Cumbinyo da artıq komandanın düşərgəsindədir. Braziliyalı dünən "Qarabağ"ın məskunlaşdığı otelə gedib.