Növbəti mövsümə iddialı hazırlaşan "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir.
Sportarena.az xəbər verir ki, cənub təmsilçisi "Simurq"dan ayrılan polşalı qolkiper Pavel Kapsanı komanda heyətinə qatmağa çox yaxındır. Qolkiperin də bu keçidə maraqlı olduğu qeyd edilir.
Xatırladaq ki, komandanın əsas qolkiperi Vyaçeslav Tomiçin komandada qalması çətin görünür. Ölkəsində müalicə alan xorvat qolkiperin artıq Türkiyənin "Malatyaspor" klubu ilə danışıqlar apardığı mətbuat da yayılıb. Qeyd edək ki, Zaqatala klubunda baş verən son olaylardan sonra bir neçə futbolçu Pavel Kapsa kimi azad agent statusuna malikdir. Buda sonuncunun XL`ə keçidini əngəlləmir. Keçidin yaxın 48 saat ərzində rəsmiləşəcəyi deyilir. (xl-fans.com)