Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi”- “Mladost” (Montenqero) matçı 2:2 hesablı bərabərliklə başa çatıb.
“Neftçi”nin baş məşqçisi Samir Əliyev oyundan sonra jurnalistlərin suallarını cavabıandırıb
- Sizi təbrik edək, yoxsa bu nəticə məyusedicidir?
- Həqiqətən oyunun sonunda qol buraxmaq məyusedicidir. Yenə deyirəm, hazırlaşmağa vaxtımız az oldu. Araz və Samir zədələndi. Ancaq ikinci oyunda bizə daha rahat olacaq. Çünki rəqib meydanında daha sərbəst oynamaq olur. Əks-hücumlara üstünlük verəcəyik. Təlim-məşq toplanışında əks-hücumlar üzərində çox çalışımışıq. Bundan əlavə, Kaue da Silva da növbəti oyunda bizə kömək edəcək.
- “Neftçi” iki qol vurdu, birinci təsadüfi oldu. Komandanızın yoldaşlıq görüşlərində də qol vura bilmədiyini nəzərəs alsaq, cavab matçında bunu bacarmaq nə dərəcədə asan olacaq?
- Səbrli olmaq lazımdır. Gördüyünüz kimi, komanda əzmlə mübarizə apardı. Bəlkə də çoxlarınız belə oyun gözləmirdiniz.
- “Neftçi” sanki Araz Abdullayevdən asılıdır. Samir Məsimovu isə meydanda çox saxladınız. Ona əvəzləyəci futbolçu yoxdur?
- Əlimzdə olan futbolçulardan istifadə edirik. Hətta 1997-ci il təvəllüdlü futbolçunu meydana buraxmağa məcbur olduq. Samir meydanda canını qoydu. Ancaq tək Samir yox, bir çox futbolçular hələ çox işləməlidir.