Dünən "Qəbələ" klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Dinamo" klubunun qonağı olub. Bu görüşdə komandamız səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub.
"Qəbələ"nin avrokuboklarda ilk qolunun müəllifi olan Cavid Hüseynov oyundan sonra fikirlərini Sportarena.az saytı ilə bölüşüb :
"Bu görüşdə xeyli uşaq səhvləri etdik və bunun da nəticəsində qollar buraxdıq. Oyunun ilk hissəsində də çox pis oynadıq. İnanıram ki, doğma meydanda yaxşı təsir bağışlayacayıq və mərhələni də biz keçəcəyik".