Tiflisdə Azərbaycanın “Qəbələ” və Gürcüstanın “Dinamo” futbol komandaları arasındakı görüşdə azarkeşlər tərəfindən tribunalardan ciddi siyası şuarlar əks olunmuş plakatlar asılıb. Plakatda "Biz 1921-ci ildə Zaqatala və Qaxı xatırlayırıq" yazılıb.
Sportarena.az ATV.az-a istinadən xəbər verir ki, UEFA rəsmiləri məsələyə qarışandan sonra plakatlar yığışdırılıb.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfiri də öz növbəsində bu məsələni mütləq araşdıracağına söz verib.