UEFA-nın reytinq siyahısı açıqlanıb.
Sportarena.az xəbər verir ki, ölkəmiz I təsnifat mərhələsinin ilk oyunlarında cəmi 0,250 xal toplayıb. Heç-heçəyə nail olan “Neftçi” və “İnter” reytinqimizə hərəyə 0,125 xal gətiribsə, “Qəbələ”nin məğlubiyyəti ümumi hesabımızı artırmayıb.
Nəticədə son 5 mövsümün nəticəsinə əsasən hesablanan əmsalımız 10,750-yə yüksəlib. Lakin bu artım heç də xeyrimizə olmayıb. Təmsilçiləri daha uğurlu çıxış edən Serbiya xal hesabında Azərbaycana çatıb. Ölkəmiz kimi hesabında 10,750 xal olan balkanlılar cari mövsümdə daha yaxşı çıxış etdiyindən 28-ci yeri də Azərbaycandan alıb. O qədər də uğurlu alınmayan start 1 pillə geriləməklə nəticələnib.
Qeyd edək ki, siyahıya İspaniya (84,070), Almaniya (65,463) və İngiltərə (63,659) başçılıq edir.