"Komanda tam formalaşandan sonra daha da yaxşı olacaq" - AÇIQLAMA

19:00 3 İyul 2015

"Artıq 2 gündür məşqlərə başlamışıq. Komanda tam formalaşandan sonra daha da yaxşı olacaq. Məşqçilər gənclərlə təcrübəlilərdən ibarət güclü kollektiv yaratmaq niyyətindədir". 

Bu sözləri "Zirə"nin futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. 

R.Abdullayev təcrübəsi ilə komandasına faydalı olmağa çalışacağını bildirib: "Əsas komada olmaqdır və mən “Zirə”də bunu görürəm. Belə olanda nəticə də olur. Mən də çalışacam ki, təcrübəmlə həm meydanda, həm də meydandan kənarda komandama fayda verim”.


Digər xəbərlər

Xəbər xətti