“Zirə”nin təcrübəli futbolçusu Aleksandr Şemonayev komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, Şemonayev hələ ki, bütün gücü ilə məşq edə bilmir. Müdafiəçi hazırlığa qatılsa da, fərdi qaydada məşq edir. Aleksandr klubun saytına açıqlamasında “Zirə”də yaxşı futbolçuların bir araya gətirildiyini dedi:
“Komanda məşqlərə yenicə başlayıb. Yüngül zədəm olduğuna görə kollektivdən ayrı çalışıram. Komanda yeni qurulur və təbii ki bizə vaxt lazımdır. Düşünürəm ki, təlim-məşq toplanışı başa çatandan sonra nəsə demək olar. Premyer liqada bizi olduqca çətin mübarizə gözləyir”.