"Kəpəz" Bakıda təlim-məşq toplanışını davam etdirir.
Sportarena.az xəbər verir ki, "sarı-göylər" gündə iki dəfə olmaqla məşq edir. Məşqçilər korpusu futbolçuları səhər saat 11:00-da və axşama doğru saat 18:00-da məşqə çıxarır.
Səhər çalışmaları Xəzər dənizinin sahilində aparılır.Burada futbolçular müəyyən fiziki təmrinləri yerinə yetirirlər. Günün ikinci məşqi isə meydançada keçirilir.Axşam hazırlığında əsasən taktiki və texniki çalışmalara diqqət ayrılır.