“Qalatasaray” uzun müddətdi danışıq apardığı almaniyalı futbolçu Lukas Podolski ilə nəhayət anlaşma əldə edə bilib.
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, “cim-bom” rəhbərliyi Antalyada istirahət edən futbolçu ilə görüşüb, ilkin razılıq əldə ediblər.
Oyunçunun klubu “Arsenal”la da xırda detalları həll edən “sarı-qırmızılar” nəhayət arzularına çatıblar.
Podolskinin sabah Türkiyə saatı ilə 09:00-da Antalyadan İstanbula gəlməsi gözlənilir.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən “Arsenal”da oynayır. Polyak əsilli alman futbolçu 2014/15 mövsümünün ikinci hissəsini Milan “İnter”ində keçirib.
“Neradzurra”nın heyətində meydana çıxdığı 17 oyunda 1 qol vuran futbolçu üçün mövsüm uğursuz olub.