AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ" klublarının oyunlarını izləyəcək.
Sportarena.az “Report”a istinadən xəbər verir ki, komitə sədri Vaqif Sadıqov məlumat verib.
O bildirib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"ın Monteneqro "Rudar"ı ilə qarşılaşmasını Böyükağa Hacıyev izləyəcək. Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda baş tutacaq "Mladost" - "Neftçi" görüşünə baxmağa Ağasəlim Mircavadov gedəcək.
Bakıda və Qəbələdə keçiriləcək "İnter" - "Laçi" (Albaniya) və "Qəbələ" - "Dinamo" (Tiflis) oyununu isə Vaqif Sadıqov və Şakir Qəribov izləyəcək.