Əfran İsmayılov : "İnter" məni aldatsa, FİFA-ya şikayət edəcəyəm"

16:23 4 İyul 2015

"İnter"in sabiq yarımmüdafiəçisi Əfran İsmayılov paytaxt klubunun ona olan borcunu ödəməyəcəyi halda FİFA-ya şikayət etməyə hazırlaşır. Bunu azerisport.az saytına açıqlamasında futbolçunun özü bəyan edib:

"Mənə söz vermişdilər ki, avqusta qədər bütün futbolçulara olan borclar ödəniləcək. Sözlərinə əməl etməyib, aldatsalar, FİFA-ya şikayət etməkdən başqa çıxış yolum qalmayacaq. O zaman pulumu qanunla tələb etməli olacağam".


Digər xəbərlər

Xəbər xətti