"İnter"in sabiq futbolçusu Türkiyə çempionatında oynayacaq

16:31 4 İyul 2015

"İnter"in sabiq futbolçusu Aleksandr Amisulaşvili karyerasını Türkiyədə davam etdirəcək.

Sportarena.az xəbər verir ki, 33 yaşlı futbolçu Türkiyənin "Karşıyaka" klubuna transfer olunub və müdafiəçi klubla 1+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Aleksandr Amisulaşvili may ayında "İnter"dən ayrılıb.


Digər xəbərlər

Xəbər xətti