Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, komanda iyulun 4-də səhər məşqindən imtina edib. Məşqçilər korpusu bu yolla komanda üzvlərinə istirahət etmək şansı yaradıb. Braziliyalı futbolçular Rafael Karletti Burgueno və Diego Souza Gusmao, eləcə də Xorvat hücumçu Ante Mitroviç artıq Nevşehirə gələrək komandanın düşərgəsinə qoşulublar. Axşam hazırlığına bütün futbolçular qatılacaqlar. (12cioyuncu.info)