"Arda Turanın transferini klubun baş məşqçisi Luis Enrike istəyir" - AÇIQLAMA

19:54 4 İyul 2015

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu da məsələyə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, şəxsi "twitter" hesabından yazdığı statusda Ardanın transferini komandanın baş məşqçisi Luis Enrikenin istədiyini yazıb:

 

"Növbəti mövsüm uğur əldə etmək üçün çox iş görməliyik. Arda Turanın transferi üçün klubun idarə heyəti səsvermə keçirməlidir. Onun transferini klubun baş məşqçisi Luis Enrike istəyir. Ardanın keçidinin ən azı 35 milyon avroya başa gələcəyini bilirəm. Ancaq biz bu məbləği aşağı salmağa çalışırıq. İdarə heyəti baş məşqçinin istədiyi oyunçunun transferinə müsbət rəy versə, bu, daha doğru addım olar. Biz məşqçilərimizin ixtiyarına həmişə klubumuzu ən yaxşı formada təmsil edəcək oyunçular veririk".


Digər xəbərlər

Xəbər xətti