"Atletiko"nun futbolçusu Arda Turanın karyerasını "Barselona"da davam etdirəcəyi dəqiqləşib.
Sportarena.az xəbər verir ki, kataloniya təmsilçisi Ardaya görə 34 milyon avro ödəyəcək. Daha 7 milyon avro futbolçunun oynamasından asılı olaraq bonus formasında əlavə oluna bilər. Beləcə, anlaşmanın ümumi dəyəri 41 milyon avro təşkil edəcək.