Hafiz Məmmədov Rövnəq Abdullayevlə görüşdü

14:42 6 İyul 2015

Ötən mövsümü sonuncu pillədə başa vuran “Bakı” qarşıdakı mövsümdə də Premyer Liqada çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bunu klubun vitse-prezidenti Yaşar Seyidov deyib.O bildirib ki, klub prezidenti Hafiz Məmmədov bununla bağlı AFFA rəhbəri Rövnəq Abdullayevlə görüşüb.

 

Seyidov hazırda lisenziya ilə bağlı problemləri yoluna qoymağa çalışdıqlarını deyib: “İlk növbədə lisenziya ilə bağlı çatışmazlıqlar yoluna qoyulmalıdı. Əsas çatışmazlıq da maliyyə məsələsidi. Maliyyə ilə bağlı öhdəliklər var ki, onlara əməl olunmalıdı. Futbolçulara olan borcların bağlanması da bura daxildi. Hazırda bunun üzərində işlər gedir. Çempionatda iştirak etmək istəyən komandada belə risklər olmamalıdı. Klubun prezidenti Hafiz Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevlə də bu məsələ ilə bağlı görüşüb, detalları müzakirə edib. Hafiz müəllimlə mənim də görüşüm olub. O, maliyyə məsələsini öz üzərinə götürür. Hafiz müəllim də dedi ki, çatışmazlıqları yoluna qoyun”. (apasport)


Digər xəbərlər

Xəbər xətti