Ramin Musayev : "Bakı" Premyer Liqaya I Divizionun qalibi kimi qayıda bilər"

15:15 6 İyul 2015

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Bakı"nın yeni mövsümdə Premyer Liqada çıxış etmək perspektivini şərh edib.

 

Sportarena.az xəbər verir ki, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

 

"Topaz Premyer Liqasının yeni mövsümündə iştirak edəcək klubların sayı bəllidir - 10. Həmin siyahıda "Bakı"nın adı yoxdur. Çünki klub AFFA-dan lisenziya ala bilməyib. Amma Premyer Liqada oynamaq istəyirlərsə, öncə birinci divizionda oynamalı, qalib olmalı və növbəti mövsümdən Premyer Liqaya qayıtmalıdırlar. Premyer Liqanın yeni mövsümünün iştirakçıları artıq hazırlığıa start veriblər. Yalnız "Simurq" qalır ki, onlar da yaxın günlərdə təlim-məşq toplanışına başlayacaqlar".


Digər xəbərlər

Xəbər xətti