Avstriyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu bu gün son yoxlama matçına çıxacaq.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Moskva "Lokomotiv"i ilə qarşılaşacaq.
Keçirdiyi iki yoxlama görüşündə məğlub olan Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu oyundan qalib ayrılmağa çalışacaq. Matç Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Nəzərinizə çatdıraq ki, ilk yoxlama görüşündə "Horn"a (Avstriya) 3:4 hesabı ilə uduzan "Qarabağ" daha sonra "Styaua"ya (Rumıniya) da məğlub olub - 2:3.
7 iyul
21:30. “Qarabağ”(Azərbaycan) – “Lokomotiv” (Moskva, Rusiya) 2:2