Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubu ilə oyuna hazırlaşan "İnter" transfer işlərini davam etdirməkdədi.
Sportarena.az sport7.az-a istinadən xəbər verir ki, komandanın düşərgəsinə daha bir oyunçu təşrif buyurub.
Bu, braziliyalı hücumçu Dieqo de Souza Martinsdi. Avqustun 27-də 26 yaşını tamamlayacaq Dieqo Martins 2-ci bir qədər arxadan 2-ci hücumçu kimi də oynamaq bacarığına malikdi.
Braziliyada "Kampo Moran", "Qremio" (Marinqa), "Takvaritinqa", "Operario", Honkonqda "Saut Çayna" klublarının şərəfini qorumuş Dieqonun Avropaya gəlişi 2014-cü ilə təsadüf edib. 3 mövsüm ərzində Honkonqda özünü doğruldan Martins ötən ilin yayından "Neftçi"yə
O, dünənki məşqdə "Simurq"dan gəlmiş İlkin Qırtımovla birgə fərdi məşq edib. Hər 2 futbolçu bu gün yeni klubu ilə müqavilə bağlayacaq.