Türkiyə Super Liqasına yeni vəsiqə qazanan "Antalyaspor” növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, turizim şəhər təmsilçisi bu dəfə yeni qapıçı ilə güclənib.
Bu, klubun öz yetirməsi olan və müxtəlif vaxtlarda "Alanyaspor”, "Siirtspor” kimi klublarda icarə əsasında çıxış etmiş 25 yaşlı Hasan Dəmirdi. Antalyalılar əlcək sahibini 4-cü qapıçı kimi heyətinə cəlb edib.
Maraqlıdı ki, son günlərdə Super Liqaya vəsiqə qazanan klubun millimizin qapıçsı Kamran Ağayevi də transfer edəcəyi ilə bağlı xəbərlər gündəmi zəbt etmişdi. Ancaq eyni zamanda Yusif Şimşəkin rəhbərlik etdiyi komandanın Əlcəzair millisinin qapıçısı Rais Mbolhi ilə danışıqlara başlaması da bir sıra suallar yaratdı. Əldə etdiyimiz məlumata görə, antalyalılar məhz Mbolhi ilə razılaşmadığı üçün öz yetirmələri olan Hasan Dəmirə şans veriblər. Bu transferlə qapıçı mövqeyini gücləndirən "Antalyaspor”un bundan sonra Kamran Ağayevin qapısını döyəcəyi inandırıcı görünmür. Bu həm də, türklərin Kamrandan imtinası deməkdi. Yəqin ki, Ağayevin özü də türk klubuna 5-ci qapıçı kimi yollanmaq istəməz.
Qeyd edək ki, "Antalyaspor”da əsas heyət üçün 3 qapıçı – Soşo Fornezzi, türkiyəli Ozan Evrim və Ahmet Özden arasında rəqabət gedir. (sport7)