"Qalatasaray" “Mançester Yunayted”ın müdafiəçisini transfer etməyə hazırlaşır

14:42 7 İyul 2015

“Mançester Yunayted”ın müdafiəçisi Rafael da Silva klubla yollarını ayıra bilər.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçunun “manukunyanlar”la müqaviləsi gələn ilin yayında başa çatır.

 

İngiltərə təmsilçisinin heyətinə düşməkdə çətinlik çəkən 24 yaşlı “sambaçı”nın izinə 3 komanda düşüb. Ötən mövsüm 10 oyuna çıxan Rafaeli Türkiyənin “Qalatasaray”, İtaliyanın “Napoli” və “Fiorentina” klubları sıralarına qatmağa hazırlaşır. Bunlar arasında ən iddialısı isə İstanbul təmsilçisidir. Məhz braziliyalının keçidini rəsmləşdirməklə “sarı-qırmızılılar” müdafiədəki boşluqları aradan qaldırmaq istəyirlər.


Digər xəbərlər

Xəbər xətti