Arda Turanın 40 milyon avro müqabilində "Barselona"ya transfer olunmasından sonra “Atletiko” eyni mövqe üçün transfer fəaliyyətinə başlayıb.
Sportarena.az xarici KİV-lərə nəzərən xəbər verir ki, transfer siyahısında növbəti hədəf Fransa "Monako"sunun futbolçusu Yannik Ferreyra-Karraskodu.
Qeyd edək ki, paytaxt təsmilçisi həmçinin “Benfika”da forma geyən Nikolas Qaytanla da maraqlanır. Lakin “Benfika” tərəfinin irəli sürdüyü 35 milyon avro tələbi “Atletiko” rəsmilərini geri çəkilməyə vadar edib. |
|