Cənubi Koreyanın Kvancu şəhərində keçirilən tələbələrin 28-ci Dünya Yay Universiadası davam edir.
Sportarena.az xəbər verir ki, cüdo yarışlarında “Neftçi İdman Klubu”nun təmsilçisi Hüseyn Rəhimli (73 kq) üçüncü yer uğrunda mübarizədə rusiyalı Zəlimxan Ozdoyevi ipponla məğlub edərək bürünc medal qazanıb.