Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qalibi “Barselona” və Avropa Liqasının sonuncu sahibi “Sevilya” komandaları arasında keçiriləcək Superkubok oyununu şotlandiyalı hakimlər idarə edəcək.
Baş hakim Uilyam Kollum olacaq. Ona həmyerliləri Frensis Konnor və Damyen Maqret yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə şotlandiyalı Qrem Çembers icra edəcək.
Nəzərinizə çatdıraq ki, “Barselona” – “Sevilya” matçı avqustun 11-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.