Daha bir rekord!

18:47 7 İyul 2015

Yeni rekord qadın futbolçulardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatında müəyyən olunub.

Sportarena.az "goal.com"a nəzərənxəbər verir ki, çempionatın son görüşündə baş tutan ABŞ - Yaponiya matçını televiziyadan 25,4 milyon azarkeş izləyib.

Həmin qarşılaşma ən çox izlənilən futbol matç kimi ABŞ tarixinə düşüb. Buna qədər Amerikada "DÇ-2014"ün qrup mərhələsində keçirilən ABŞ - Portuqaliya matçı (2:2) ən çox izlənilən oyunlar siyahısına başçılıq edirdi. Həmin görüşü televiziyadan 18,2 milyon azarkeş izləmişdi. 

Nəzərinizə çatdıraq ki, finalda Yaponiyanı 5:2 hesabı ilə məğlub edərək ABŞ yığması tarixində üçüncü dəfə fəxri kuboka yiyələnib.


Xəbər xətti