"Xəzər-Lənkəran"la əlaqəsi olan futbolçu Türkiyə klubunda !

19:03 7 İyul 2015

19 yaşlılardan ibarət milli komandamızın futbolçusu, Şotlandiyanın "Aberdin” klubunda forma geyinən Cem Fələklə bağlı yeni məlumat əldə etmişik.

Sportarena.az Futbol11.az saytına nəzərən xəbər verir ki, Cem karyerasını Türkiyə nəhənglərindən bir olan İstanbulun  "Beşiktaş” komandasında davam etdirəcək. Qeyd edək ki, Cemin yaxın zamanlarda "Beşiktaş” klubunun Almaniyada təlim-məşq toplanışına qoşulacağı gözlənilir. Bəzi məlumatlara görə, futbolçu əsas komanda ilə məşq toplanışında olsa da, karyerasını çox güman ki, əvəzedici komandada davam etdirəcək və futbol biliyini burda daha da təkmilləşdirəcək.

 

Qeyd edək ki, bu transferin həyata keçməsində "Xəzər Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimovun da rolu ola bilər. Belə ki, Cem Fələyin Mənsimovla şəxsi müqaviləsi var. Məlumdur ki, Mənsimovun "Beşiktaş” ilə geniş əlaqələri mövcuddur. Bu amil transferin reallaşmasına daha da töhfə olar.


Xəbər xətti