"Asan oyun olmur. Amma, mərhələni məhz "Neftçi"nin adlayacağına inaniram. Biz Monteneqroya elə-belə gəlməmişik”.
Sportarena.az xəbər verir ki,bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının ilk təsnifat mərhələsinin “Mladost”la keçiriləcək cavab matçı haqda danışarkən deyib.
Gənc hücumçu oyun öncəsi iddialı açıqlama verib: "Mladost" yəqin ki, müdafiədən oynayacaq. Çunki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək, bu əla olacaq, amma tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur".
Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk oyununda 2:2 hesablı bərabərlik qeydə alınıb.