İstanbulun “Fənərbağça” yay transfer pəncərəsi dönəmində daha bir futbolçu ilə heyətini gücləndirib.
Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, İstanbul klubu "Sao Paulo"nun braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə 4 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçunun "Fənərbağça"ya nə qədər məbləğ qarşılığında transfer olunması açıqlanmayıb.
Nəzərinizə çatdıraq ki, sambaçının komandaya transfer olunması ilə "Fənərbağça"nın yay transfer pənəcərəsində etdiyi 7-ci ardıcıl transferidir.