Eks AZAL-lı Almaniya klubunda

15:19 8 İyul 2015

Keçən mövsümü Azərbaycan Premyer Liqasında AZAL klubunda keçirən Konqo əsilli hücumçu Freddi Mombonqo karyerasını yenidən Almaniyada davam etdirə bilər. 

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı hücumçu Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Proyssen" klubunun düşərgəsində baxışdadı. Əgər futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə afrikalı ilə müqavilə imzalanacaq.

 

Nəzərinizə çatdıraq ki, bir zamanlar Almaniyada top qovan hücumçu 2003-cü ildən 2008-ci ilə qədər bu ölkənin bir neçə aşağı liqa klubunda çıxış edib.

   

 


Digər xəbərlər

Xəbər xətti