Əfsanəvi futbolçu yenidən meydanda

15:32 8 İyul 2015

Dünya futbolunun əfsanələrindən olan Braziliya millisinin və “Barselona”nın keçmiş ulduzu Rivaldo 1 il 3 aylıq fasilədən sonra yenidən meydana çıxıb. Sahib olduğu “Mogi Mirim” komandasının 11 oyunluq mənfi çıxışını aradan qaldırmaq və oyunçulara stimul vermək məqsədilə meydana çixib.

Sportarena.az xəbər verir ki, məşhur futbolçu  “Nautiko” ilə görüşdə meydanda olduğu zamanda komandası qol vurmasa da, matçın sonunda 2-1 hesabi ilə qalib gəlməyi bacarıb.

Uzun zamandan sonra 43 yaşında gərgin məşq prosesindən sonra meydana qayıtmağın gənc futbolçular üçün dərs olacağını bildirən Rivaldo: “Komandanı düşdüyü vəziyyətdən çıxarmağa çalışırıq, hələki vəziyyət elə də ürəkaçan deyil, amma çalışacağıq hər bir çətinliyin öhdəsindən gələk” söyləyib.


Digər xəbərlər

Xəbər xətti