"Qarabağ" güclü rəqibdir" - Roman Şişkin

15:56 8 İyul 2015

Avstriyada təlim-məşq toplanışlarını davam etdirən Ağdamın“Qarabağ” klubu son yoxlama oyununu keçirib.

Xəbər verdiyimiz kimi, Ağdam təmsilçisi Moskvanın “Lokomotiv” klubu ilə üz-üzə gəlib. 
 

 

Sportarena.az xəbər verir ki, Moskva “Lokomotiv”i ilə 2:2 bərabərə qalan matçın ardınca “Lokomotiv”in Rusiya millisinin də formasını geyinmiş 28 yaşlı təcrübəli müdafiəçisi Roman Şişkin oyunla bağlı fikirlərini açıqlayıb. 28 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin futbolçularının və özəlliklə braziliyalıların oyununu xüsusilə qeyd edib: "Qarabağ" tanıdığımız klubdur - güclü rəqibdir. Bu komandanın heyətində çoxlu sayda texnikalı braziliyalılar var. Onlar topla yaxşı davranırlar. Məsələn, cərimə zərbəsindən qol vuran Reynaldonu söyləyə bilərəm. Rəqib xoşuma gəldi. Onların ölkə çempionu olmalarına təəccüblənmədim. Tezliklə də Çempionlar Liqasında oynayacaqlar".

Eyni zamanda o, komandasının hazırlığından və qarşıdakı Superkubok matçından da söhbət açdı: "İndi "Zenit"lə oyun üçün yaxşı hazırlaşmalıyıq. Hər şey plana uyğun davam edir".


Digər xəbərlər

Xəbər xətti