2024-cu il Yay Olimpiya Oyunlarına daha bir namizəd

16:12 8 İyul 2015

Macarıstan Milli Olimpiya Komitəsi Budapeşt şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına keçirtmək üçün namizədliyini irəli sürüb.

Sportarena.az xəbər verir ki, 2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd ölkələrin ərizələrinin rəsmi qəbulu yanvarın 15-dən başlayıb və son tarix 2015-ci il sentyabrın 15-dir. Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə Limada təşkilatın 130-cu sessiyasında Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhəri elan edəcək.

Nəzərinizə çatdıraq ki, bundan əvvəl Oyunlara ev sahibliyi etmək üçün İtaliyanın Roma, Almaniyanın Hamburq, ABŞ-in Boston və Fransanın Paris şəhərləri namizədliklərini irəli sürüb.

Eyni zamanda qeyd edək ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün müraciətlə bağlı son qərarın dövlət başçısı tərəfindən veriləcəyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti