Azərbaycandan "Laçi"nin futbolçusuna QADAĞA

16:28 8 İyul 2015

Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda sabah Bakının "İnter" klubu qarşılaşacaq Albaniyanı təmsil edən "Laçi" klubu paytaxtımıza ciddi itki ilə gəlib.

Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Arqend Mustafa Bakıya buraxılmayıb.

Azərbaycana viza ala bilməyən 22 yaşlı futbolçu İstanbul hava limanından Albaniyaya geri dönməli olub. Arqend Mustafa Kosova vətəndaşı olması səbəbindən Bakıya buraxılmayıb. 

Nəzərinizə çatdıraq ki, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Kosovanı müstəqil dövlət kimi tanımır. Bu səbəbdən Kosovamın vətəndaşı olan bu futbolçuya viza verilməyib.

Qeyd edək ki, "İnter" - "Laçi" oyunu sabah saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti