Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununu keçirməli idi.
Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, Lənkəran təmsilçisinin Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun ikinci komandası ilə görüşü baş tutmayacaq.
Türkiyə klubunun xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən zamana təxirə salınıb. Səbəb isə Kayseri klubunun heyətində bir sıra futbolçunun zədələnməsidir.
Nəzərinizə çatdıraq ki, "Xəzər Lənkəran"ın növbəti yoxlama görüşü iyulun 11-nə nəzərdə tutulub. Rəqibin kimliyi hələlik məlum deyil.